ABŞ
ABŞ Venesuelanın OPEC-dən çıxmasına icazə verib?
Venesuela hakimiyyəti OPEK-dən çıxmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, u barədə mənbələrə istinadla Amerikanın “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məsələ Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra ABŞ rəsmiləri ilə keçirilən görüşlər zamanı müzakirə olunub. Mənbələr dəqiqləşdirib ki, hazırda yekun qərar hələ qəbul edilməyib.
Agentlik qeyd edib ki, OPEK-dən çıxmaq Venesuelaya neft hasilatını artırmağa imkan verəcək. Həmçinin bu qərar Karakasa sahənin bərpasında beynəlxalq şirkətlərin fəal iştirakını təmin etməyə şərait yaradacaq.
Bir neçə saat əvvəl “Bloomberg” Vaşinqtonun Karakasla bir sıra Venesuela neft yataqlarının 100 il müddətinə icarəyə götürülməsi imkanını müzakirə etdiyini xəbər verib. Agentlik qeyd edib ki, belə bir sövdələşmə ABŞ-ın başqa ölkənin iqtisadiyyatına demək olar ki, misli görünməmiş müdaxiləsi olacaq.
Ötən gün “Axios” portalı Ağ Ev administrasiyasının ölkənin neft-qaz resurslarının bir hissəsinin ABŞ-ın mülkiyyətinə verilməsi məsələsi üzrə Venesuela hakimiyyəti ilə danışıqların yekun mərhələsində olduğunu bildirib. Mənbələrdən biri qeyd edib ki, Amerika tərəfi “həm ABŞ, həm də bütün qitə üçün” bir neçə nəsil üçün ölkənin energetika gələcəyini təmin etməyə can atır.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







