ABŞ
Pentaqon Avropaya “sürpriz” hazırlayır: ABŞ qoşunları geri çəkilə bilər
ABŞ Avropadakı hərbi qüvvələrinin bir hissəsini geri çəkməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilir ki, Pentaqon Avropa ölkələrinin müdafiə imkanlarını kifayət qədər sürətlə artırmamasından narazıdır.
Pentaqonun siyasi məsələlər üzrə rəhbəri Elbric Kolbi NATO ölkələrinin səfirləri ilə görüşdə Avropanı müdafiə xərclərini artırmağa və silah alışını sürətləndirməyə çağırıb. O, Almaniya, Polşa və Niderlandın müdafiə xərclərini artırmasını müsbət qiymətləndirib, Böyük Britaniyanın isə daha çox səy göstərməli olduğunu bildirib.
Məlumata görə, Pentaqon ABŞ hərbi qüvvələrinin Avropadakı yerləşdirilməsi ilə bağlı araşdırmanı dekabrda başa çatdıracaq. Bununla bağlı artıq dörd variant hazırlanıb və yekun qərarın müdafiə naziri Pit Heqsetə təqdim ediləcəyi gözlənilir.
Avropalı rəsmilər Vaşinqtonun müdafiə xərclərini artırmaq tələblərinə əməl etməyən ölkələrdən ABŞ qoşunlarının bir hissəsini çıxara biləcəyindən narahatdırlar.
Tramp administrasiyası NATO müttəfiqlərindən həm müdafiə xərclərini artırmağı, həm də ABŞ-ın xarici siyasət kursuna daha açıq dəstək verməyi tələb edir. Bu tələblər yerinə yetirilməsə, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması gündəmə gələ bilər.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







