ABŞ
ABŞ kartellərə qarşı lazer silahından istifadə etdi - 3 PUA vuruldu
ABŞ hərbçiləri Texas ştatının cənubunda, Rio-Qrande çayı vadisində Meksika narkokartelinə məxsus olduğu bildirilən üç pilotsuz uçuş aparatını (PUA) yüksək enerjili çoxməqsədli lazer sistemi ilə vurub.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbçilər PUA-ların ABŞ hərbçiləri və Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları üçün “fiziki təhlükə” yaratdığını bildiriblər.
Qeyd olunur ki, Meksika narkokartelləri insan qaçaqmalçılığında və ABŞ hüquq-mühafizə əməkdaşlarının müşahidəsində PUA-lardan getdikcə daha çox istifadə edir. ABŞ hərbçiləri lazer zərbələrinin sərhədin hansı tərəfində endirildiyini açıqlamayıb.
Məlumata görə, ABŞ daha əvvəl də Meksika kartellərinə aid olduğu düşünülən PUA-lara qarşı Pentaqonun məxfi lazer sistemindən istifadə edib. Lakin sonradan həmin uçan obyektlərin böyük ehtimalla hava şarları olduğu üzə çıxıb. Həmin lazer sisteminin xaricdə sınaqdan keçirilən eksperimental silah olduğu və kommersiya aviasiyası üçün ciddi təhlükə yarada biləcəyi bildirilib.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







