ABŞ
Tramp səlahiyyəti çatmayan bir iş gördü: Etirazlar başladı
ABŞ prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Sərəncama əsasən, ABŞ-ın federal qurumları ölkə xəritələrində, sənədlərdə və məlumat bazalarında gölün adını dəyişməlidir. Lakin Trampın gölün Kanadaya aid hissəsinin adını dəyişdirmək və Kanada, beynəlxalq hüquq qurumları, xəritəçilər və digər ölkələri yeni addan istifadə etməyə məcbur etmək səlahiyyəti yoxdur.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında məsələni daha da irəli apararaq bildirib ki, ABŞ-ın indi “körfəzi və gölü” var, növbədə okeanlar ola bilər: “Bəlkə Atlantik və ya Sakit okeanın adını da dəyişməliyik. Hətta hər ikisinin adını dəyişə bilərik”.
Kanadanın baş naziri Mark Karni isə bu təşəbbüsü rədd edib. O bildirib ki, gölün adı vendat yerli xalqının dilindən gəlir və həm Kanada Konfederasiyasının, həm də ABŞ-ın müstəqilliyindən əvvəl mövcud olub.
ABŞ-ın bir sıra qubernatorları da Trampın qərarına qarşı çıxıblar. Nyu-York qubernatoru Keti Hokul “Nyu-York onu belə adlandırmayacaq” deyib. Miçiqan qubernatoru Gretçen Uitmer isə məktəblilərin Böyük Göllərin adlarını yadda saxlamaq üçün istifadə etdiyi “H-O-M-E-S” abreviaturasını xatırladıb. Viskonsin qubernatoru Toni Evers isə qərarı məsxərəyə qoyaraq Miçiqan gölünün adını “Viskonsin gölü” kimi dəyişdirdiyi video yayımlayıb.
Trampın bu addımı ABŞ-Kanada münasibətlərində gərginliyin artdığı bir vaxtda atılıb. Vaşinqton və Ottava arasında ticarət danışıqları nəticəsiz qalıb. ABŞ bir sıra Kanada məhsullarına 50 faizlik rüsum tətbiq edib, Kanada isə yüzlərlə ABŞ məhsuluna 25-50 faiz arasında rüsum qoyub.
Tramp daha əvvəl Kanadanın ABŞ-ın “51-ci ştatı”na çevrilməli olduğunu dəfələrlə deyib. Bu fikirlər Kanadada ciddi narazılıq yaradıb.
Qeyd edək ki, Ontario gölü ABŞ və Kanada arasında yerləşən Böyük Göllərdən biridir.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







