ABŞ
Trampın şirkətləri Demokratlara üz tutur: Respublikaçılar üçün təhlükə
ABŞ prezidenti Donald Trampla sıx əlaqələri olan şirkətlər 2026-cı ilin noyabrında keçiriləcək Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlub ola biləcəyini nəzərə alaraq Demokratlarla münasibətləri yaxşılaşdırmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" biznes nümayəndələri, lobbiçilər və partiya məsləhətçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, biznes dairələrində narahatlıq ondan ibarətdir ki, Respublikaçılar Nümayəndələr Palatasında nəzarəti itirsələr, Demokratlar iri şirkətlərin Tramp administrasiyası ilə əlaqələrini araşdırmağa başlaya bilərlər. Bəzi şirkətlər hətta cinayət işlərinin açılması riskini də nəzərə alır.
Nəşrin məlumatına görə, "Paramount", "Skydance" və "Kalshi" kimi şirkətlər artıq Demokratlarla əlaqələri gücləndirir. Onlardan bəziləri Demokratların seçki kampaniyalarına böyük ianələr ayırmağa və bu partiyanın keçmiş siyasətçilərini işə götürməyə başlayıb.
Qeyd olunub ki, iri korporasiyalarda Konqresin mümkün araşdırmalarına hazırlıq üçün xüsusi komandalar da yaradılır. Xüsusilə Tramp administrasiyasının layihələrinə şirkətlər və biznesmenlər tərəfindən edilən böyük maliyyə ianələrinin diqqət mərkəzində olacağı gözlənilir.
Müəllif: Adəm
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı









.jpg)


.jpg)





















.jpg)




