ABŞ
Amerikalılara ŞOK XƏBƏRDARLIQ - Aclıq olacaq
Amerikanın Hartlend İnstitutunun analitiki Ceff Stayr mineral gübrələrin çatışmazlığı səbəbindən ABŞ-da ərzaq böhranının yaranması riskləri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, bu barədə “The Wall Street Journal” üçün yazdığı məqalədə qeyd edib.
Ekspertin fikrincə, gübrə bazarında Çin, Rusiya və İranın üstünlük təşkil etməsi ərzaq məhsullarının pərakəndə qiymətlərinin kəskin artması üçün zəmin yaradır. Stayr bildirir ki, vəziyyəti bir sıra amillər daha da çətinləşdirir: Ukrayna ətrafında mövcud geosiyasi gərginlik, Çindən gübrə ixracına tətbiq olunan məhdudiyyətlər, eləcə də Hörmüz boğazında gəmiçiliyin azadlığına yaranan təhdidlər.
Müəllif ABŞ hakimiyyətini milli istehsal zəncirlərinin gücləndirilməsinə və ölkə daxilində karbohidrogen hasilatının intensivləşdirilməsinə diqqət yetirməyə çağırır. O vurğulayır ki, təbii qaz azot gübrələrinin istehsalı üçün əsas komponentdir, neft-qaz emalı isə fosfat məhsullarının hazırlanması üçün zəruri həcmdə kükürd əldə etməyə imkan verir.
Stayr dövlətin enerji müstəqilliyi ilə ərzaq təhlükəsizliyini təmin etmək qabiliyyəti arasında ayrılmaz əlaqənin olduğunu bildirib.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







