ABŞ
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Avqustun 28-də Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) “F-16” qırıcıları ABŞ Prezidenti Donald Trampın səfəri ilə əlaqədar Hyustonda tətbiq edilən uçuşların müvəqqəti məhdudlaşdırılması qaydalarını pozan beş yüngülmühərrikli təyyarənin qarşısını kəsib.
Publika.az xəbər verir ki, bu barədə NORAD-ın mətbuat xidməti məlumat yayıb.
Beş təyyarənin hər biri qırıcıların müşayiəti ilə məhdudlaşdırılmış zonadan təhlükəsiz şəkildə çıxarılıb. Hadisə zamanı xəsarət alanlar və ya digər insidentlər barədə məlumat verilmir.
“Ümumi hava məkanının təhlükəsizliyinin təmin edilməsi hər bir təyyarəçinin mühüm rol oynadığı bir vəzifədir. Teksasda müvəqqəti məhdudiyyətlərin son bir neçə pozuntusu aydın şəkildə göstərir ki, biz bu problemi birlikdə həll etməli və onların sayını təxirəsalınmaz şəkildə azaltmalıyıq”, - deyə NORAD-ın əməliyyatlar üzrə direktoru, Kanada Kral Hərbi Hava Qüvvələrinin general-mayoru Devid Moar bəyan edib.
O vurğulayıb ki, uçuşların təhlükəsizliyi hələ havalanmazdan əvvəl başlayır. Təyyarəçilər marşrutu öncədən planlaşdırmalı və müvəqqəti məhdudiyyətlər haqqında məlumatları özündə əks etdirən uçuş heyəti üçün bildirişləri (NOTAM) diqqətlə öyrənməlidirlər.
NORAD-dan xatırladıblar ki, yüngülmühərrikli təyyarənin qarşısı kesildikdən sonra onun pilotu dərhal 121,5 və ya 243,0 MHs qəza tezliyinə keçməli, kursu əks istiqamətə dəyişməli və növbəti təlimatları bu tezliklərdən biri vasitəsilə yerinə yetirməlidir.
Komandanlıq, həmçinin ümumi təyinatlı aviasiya pilotlarını hər uçuşdan əvvəl aktual NOTAM-ları yoxlamağa və müvəqqəti məhdudiyyət zonaları üçün FAA tərəfindən müəyyən edilmiş qaydalara sərt şəkildə riayət etməyə çağırıb.
ABŞ-ın kontinental hissəsində NORAD missiyasının operativ rəhbərliyini Floridadakı “Tindall” aviasiya bazasında yerləşən regional komandanlıq həyata keçirir.
Xatırladaq ki, Tramp avqustun 27-də və 28-də Hyustonda olub. Prezidentin səfəri ilə əlaqədar ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) şəhər ərazisinin hava məkanının istifadəsinə müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi.
Hüseyn İbadlı
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı









.jpg)























.jpg)




