ABŞ
İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ehtimalını rədd edib.
Publika.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp İrana qarşı adi silahlardan istifadə olunmasını isə istisna etməyib.
“Mən bunu istisna edirəm. Buna ehtiyac yoxdur”, – deyə ABŞ Prezidenti nüvə zərbəsi ehtimalı ilə bağlı sualı cavablandırıb.
Bununla belə, Tramp İrana yenidən zərbə endirilməsi ehtimalının tamamilə aradan qalxmadığını bildirib: “Lakin bu o demək deyil ki, biz onlara yenidən zərbə endirməyəcəyik. Görək nə baş verəcək”.
Bu açıqlamadan əvvəl "Axios" ABŞ Prezidenti və yüksək vəzifəli köməkçilərinin Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirilməsi variantını nəzərdən keçirdiyini yazıb. Məlumata görə, plan ABŞ Mərkəzi Komandanlığı tərəfindən hazırlanıb və müdafiə naziri Pit Heqset tərəfindən Ağ Evə təqdim edilib.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







