ABŞ
ABŞ-ın ordu naziri niyə istefa verdi?
ABŞ Quru Qoşunları naziri Den Driskoll istefa verib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Driskollun istefası daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. Onun yaxın günlərdə Pentaqondakı vəzifəsini tərk edəcəyi bildirilib.
Driskollun istefasının ABŞ müdafiə naziri Pit Heqsetlə aylarla davam edən fikir ayrılıqları fonunda baş verdiyi bildirilir. Tərəflərin Quru Qoşunlarının gələcək istiqaməti, idarəetmə məsələləri və yüksək rütbəli hərbçilərlə bağlı kadr siyasəti barədə razılığa gələ bilmədiyi qeyd olunur.
Bununla belə, Ağ Ev Driskollun istefasının konkret səbəbini açıqlamayıb. Ağ Ev onun prezident Donald Trampın müdafiə gündəliyinin həyata keçirilməsində, hərbi hazırlığın gücləndirilməsində və Rusiya-Ukrayna danışıqlarında mühüm rol oynadığını bildirib.
Driskoll 2025-ci ilin fevralından ABŞ Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışırdı. Onun gedişi ABŞ ordusunda son dövrlərdə baş verən yüksək səviyyəli kadr dəyişikliklərinin davamı kimi qiymətləndirilir.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







