ABŞ
"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
“Apple” şirkəti ABŞ istifadəçiləri üçün “Maps” xəritə xidmətinin veb-versiyasında Ontario gölünün adını “Amerika gölü” (“Lake America”) olaraq dəyişib.
Publika.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, Kanada istifadəçiləri üçün “Apple Maps”də əvvəlki “Lake Ontario” adı saxlanılıb. Digər ölkələrdə isə xəritə xidməti hər iki adı göstərir.
Bundan əvvəl, avqustun 29-da “Google Maps” də analoji dəyişikliyə getmişdi. ABŞ istifadəçiləri gölü “Amerika gölü”, Kanada istifadəçiləri isə “Ontario gölü” kimi görür. Digər ölkələrdə hər iki ad eyni vaxtda göstərilir. “Google” qərarın ABŞ-ın rəsmi Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) əsasında qəbul edildiyini bildirmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 27-də ABŞ-Kanada arasında ticarət gərginliyinin fonunda Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə sərəncam imzalayıb.
Qərar Kanadada kəskin etirazla qarşılanıb. Baş nazir Mark Karni gölün 400 ildən artıqdır “Ontario” adını daşıdığını və ölkəsinin tarixi addan imtina etməyəcəyini bəyan edib.
Qeyd edək ki, bu, Trampın coğrafi adların dəyişdirilməsi ilə bağlı ilk təşəbbüsü deyil. O, 2025-ci ildə Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi barədə də sərəncam imzalamış, bundan sonra “Google” və “Apple” xəritələrində müvafiq dəyişikliklər edilmişdi.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































