ABŞ
ABŞ-da casus jurnalist həbs edildi: Çin üçün işləyirmiş
ABŞ-da yaşayan jurnalist Tomas Veyr Pauken xarici dövlətin agenti kimi fəaliyyət göstərməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
51 yaşlı ABŞ vətəndaşı Tomas Veyr Pauken barəsində hökm sentyabrın 1-də elan olunub. O, iyunun 4-də təqsirini etiraf edib.
İstintaqla müəyyən edilib ki, Pauken ən azı 2019-cu ildən 2026-cı ilin fevralına qədər Çin hökumətinin nümayəndələri olduğunu düşündüyü şəxslərin tapşırıqlarını yerinə yetirib.
Məlumata görə, jurnalistin kuratorlarından biri “Keti” adlı qadın olub. Pauken onunla 2017-ci ildə tanış olub. Qadın jurnalistə kəşfiyyat xarakterli məlumat mənbələri ilə görüşmək, onlara əlaqə üçün noutbuk və telefonlar çatdırmaq, hansı məlumatların tələb olunduğunu izah etmək və əldə edilən hesabatları göndərmək tapşırığı verib.
Bu fəaliyyətinə görə Paukenə azı 100 min dollar ödənilib. “Keti” həmçinin onun Çindən ABŞ-a səfərlərinin xərclərini qarşılayıb. Jurnalist 2019-2025-ci illərdə ABŞ ərazisində Çin tərəfi üçün maraq doğuran məlumatlara malik ola biləcək şəxslərlə bir neçə dəfə görüşüb.
Paukenin Çində yaşayan və “Riçard”, “Uilyam” adları ilə tanıdığı daha iki şəxslə də əməkdaşlıq etdiyi bildirilib. Onlar jurnalistin hazırladığı materialların Yaponiyaya göndərildiyini desələr də, Pauken sifarişçilərin Çin hakimiyyəti ilə əlaqəli olduğunu düşünüb.
İş materiallarına əsasən, jurnalist bəzi hesabatları Uhandan olan müştərilər qrupuna da satıb. Onları ABŞ texnologiyaları və Ədliyyə Nazirliyinin fəaliyyəti maraqlandırıb. Həmin şəxslərin Paukenə kiber casusluq əməliyyatlarında kömək edə biləcək mütəxəssis tapmağı da tapşırdığı qeyd olunub.
ABŞ baş prokurorunun milli təhlükəsizlik üzrə köməkçisi Con Eyzenberq bildirib ki, Pauken Birləşmiş Ştatlar vətəndaşlığından və ölkəyə maneəsiz səfər etmək imkanından istifadə edərək Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməliyyatlarına dəstək verib.
Təxminən 15 il Çində yaşayan Pauken jurnalist kimi fəaliyyət göstərib. O, Tomas Makqreqor təxəllüsü ilə Çin mediasında yazılar dərc etdirib, televiziya proqramlarında ekspert kimi çıxış edib.
Azadlığa çıxdıqdan sonra jurnalist daha 3 il nəzarət altında olacaq və bu müddətdə ölkədən kənara çıxa bilməyəcək. İstintaqı FTB-nin Filadelfiya şöbəsi həyata keçirib.
Müəllif: Adəm
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb














.jpg)








.jpg)











.jpg)
