ABŞ
ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallinin olduğu Sahil Mühafizəsinə məxsus təyyarə mühərrik nasazlığı səbəbindən Vaşinqton yaxınlığında təcili eniş edib.
Publika.az xəbər verir ki, “Reuters”in məlumatına görə, uçuş zamanı hava gəmisinin sağ mühərriki sıradan çıxıb. Bundan sonra pilot fövqəladə vəziyyət elan edərək təyyarəni Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanına yönəldib və təhlükəsiz şəkildə yerə endirib. Təyyarədə ümumilikdə 14 nəfər olub.
Hadisə ilə bağlı açıqlama verən Mallin Sahil Mühafizəsinin pilotlarının peşəkarlığını yüksək qiymətləndirib. O bildirib ki, pilotlar təyyarənin bir mühərriklə enişini adi vəziyyət kimi idarə edib və uçuş zamanı panika yaşanmayıb.
Hadisə nəticəsində təyyarədə olan şəxslərdən heç biri xəsarət almayıb.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































