ABŞ
PUA-ları raketsiz məhv edəcək: ABŞ ordusundan yeni silah
ABŞ Ordusu pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaq yüksək enerjili lazer silahlarının istehsalı üçün “AeroVironment” (AV) şirkəti ilə ilk müqaviləni imzalayıb.
Publika.az xəbər verir ki, bu, ABŞ ordusunun istiqamətləndirilmiş enerji silahlarının seriya istehsalına keçidi baxımından mühüm addım hesab olunur.
Müqavilə yüksək güclü davamlı döyüş lazeri (E-HEL) proqramı çərçivəsində bağlanıb. Sistem əsasən PUA-ların məhv edilməsi üçün nəzərdə tutulub.
ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini, general Kristofer La Neve bildirib ki, istiqamətləndirilmiş enerji texnologiyasına əsaslanan bu proqram hərbi bölmələrə pilotsuz sistemlərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcək.
E-HEL-in əsas üstünlüklərindən biri PUA-ların raketlərlə müqayisədə daha aşağı xərclə zərərsizləşdirilməsidir. Elektrik enerjisi ilə işləyən sistem yüksək enerjili lazer şüası formalaşdırır və hər atışın maya dəyərinin aşağı olması ilə seçilir. Sistemin stasionar bazalarda, yarıstasionar taktiki mövqelərdə, eləcə də mobil döyüş maşınlarında yerləşdirilməsi nəzərdə tutulur.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































