ABŞ
ABŞ-dan dronlarla bağlı ŞOK QƏRAR: İdxala 100%-dək rüsum tətbiq edildi
ABŞ-da pilotsuz uçuş aparatlarının və bəzi komponentlərinin idxalına əlavə gömrük rüsumları qüvvəyə minib.
Publika.az xəbər verir ki, yeni tariflər 10%-dən 100%-ə qədər dəyişir.
Maksimum rüsum çəkisi 25 kiloqramdan çox olan dronlara, eləcə də termal görüntüləmə kameraları ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarına tətbiq olunur.
Donald Tramp administrasiyası bu qərarı ABŞ-ın Çindən asılılığını azaltmaq və yerli istehsalı gücləndirmək məqsədi ilə izah edir. Çünki ölkədə istifadə olunan dronların əhəmiyyətli hissəsi Çində istehsal olunur.
Ağır və termal kameralarla təchiz edilmiş dronlardan polis və xilasetmə xidmətlərində, itkin şəxslərin axtarışında, həmçinin meşə yanğınlarının monitorinqində istifadə edilir.
Qərarı tənqid edənlər isə bildirirlər ki, ABŞ istehsalçıları hazırda daxili tələbatı tam qarşılamaq iqtidarında deyil. Onların fikrincə, yüksək rüsumlar nəticədə dronların qiymətinin artmasına səbəb olacaq və bu addım faktiki olaraq yerli istehsalçıları xarici rəqiblərdən qoruyacaq.
Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































