ABŞ
ABŞ İrana yeni zərbə endirdi: 5 şirkət “qara siyahı”ya salındı
ABŞ İranın raket və pilotsuz uçuş aparatları proqramı ilə bağlı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər İranın ballistik raketləri və zərbə PUA-larının istehsalında istifadə oluna biləcək komponentlərin tədarükündə iştirak etdiyi iddia olunan 5 şirkəti əhatə edib.
Vaşinqtonun məlumatına görə, sanksiyaya məruz qalan şirkətlər və vasitəçilər İranın hərbi sənayesi üçün elektronika və digər komponentlərin alınması ilə məşğul olublar.
ABŞ hakimiyyəti Tehranın xarici texnologiyalara və silah istehsalında istifadə oluna biləcək komponentlərə çıxışını məhdudlaşdırmaq siyasətini davam etdirəcəyini bildirib.
Yeni sanksiyalar ABŞ və İran arasında gərginliyin davam etdiyi, eləcə də Yaxın Şərqdə Amerika obyektlərinə qarşı İranın zərbələri fonunda tətbiq olunub.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































