ABŞ
Trampın ruhi sağlamlığı ilə bağlı həyəcan təbili çalındı - “Minlərlə nüvə döyüş başlığı...”
ABŞ Prezidenti Donald Trampın psixi sağlamlığının pisləşməsi, onun nüvə silahına çıxışının olması səbəbindən narahatlıq doğurur.
Publika.az Böyük Britaniyanın “The Independent” qəzetinə istinadla xəbər verir ki, bunu amerikalı həkim-psixiatr, Nobel mükafatı laureatı Devid Abraham bəyan edib.
O, ABŞ dövlət başçısının sağlamlığı barədə açıq məlumat verilməsinin vacibliyini bildirib, çünki Tramp “minlərlə nüvə döyüş başlığından ibarət arsenala komandanlıq edir”. Həkim həmçinin ABŞ liderinin qəzəb tutması səbəbindən nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlığını bildirib.
Daha əvvəl Donald Tramp istefaya getmiş amerikalı liderlərlə müqayisədə özünü ən sağlam şəxs adlandırıb. Onun sözlərinə görə, keçmiş həkim Ronni Cekson bildirib ki, əgər Tramp fastfudla qidalanmasaydı, iki yüz ilə qədər yaşaya bilərdi.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































