ABŞ
Trampın təsviri sikkələrin üzərinə həkk edildi - FOTO
ABŞ-da ölkə müstəqilliyinin 250 illiyinə həsr olunmuş, üzərində Prezident Donald Trampın təsviri olan qızılı rəngli bir dollarlıq sikkələr buraxılıb. Onları Birləşmiş Ştatların Zərbxanasının rəsmi saytından əldə etmək mümkündür — 25 sikkəlik rulon 61 dollar, 100 sikkəlik kisə isə 154,5 dollardır.
Publika.az xəbər verir ki, söhbət son 100 ildə ilk dəfə sağ olan Amerika prezidentinin təsvirinin sikkə üzərində yer almasından gedir. 1926-cı ildə dövrün dövlət başçısı Kalvin Kulicin təsvirinin yer aldığı sikkənin buraxılışı ABŞ müstəqilliyinin 150 illiyinə həsr olunmuşdu.
Trampın təsvirinin Amerika pullarında yer alması son aylarda müzakirə mövzusuna çevrilib, bu müzakirələrdə Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent də fəal iştirak edir. May ayında “The Washington Post” qəzeti Ağ Evin fəaliyyətdə olan prezidentin portreti əks olunmuş 250 dollarlıq əskinasın buraxılmasında təkid etdiyini yazmışdı.
Həmçinin son zamanlar ABŞ ölkə Prezidenti Donald Trampın imzası olan 100 dollarlıq əskinaslar buraxmağa başlayıb. Adətən Amerika əskinaslarında maliyyə naziri və ABŞ xəzinədarının imzaları yer alır, lakin ölkə müstəqilliyinin 250 illiyi münasibətilə ilk dəfə dövlət başçısının da avtoqrafının yer aldığı əskinas təqdim olunub.
“Düşünürəm ki, insanlar prezidentin imzası olan əskinasları saxlamaq istəyəcəklər”, — deyə Bessent bununla bağlı qeyd edib.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































