ABŞ
Vens bu məlumata son dərəcə şübhə ilə yanaşır - Araşdırma başladı
ABŞ-ın Vitse-prezidenti Cey Di Vens Amerika hakimiyyətinin İranda toy mərasiminə endirilən hava zərbəsi barədə məlumatı təfərrüatlı şəkildə araşdırdığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz bu insidentin tam araşdırılmasını həyata keçiririk”, - deyə o, baş verənlərlə bağlı məlumatları şərh edərkən Ağ Evdə keçirilən mətbuat konfransında qeyd edib.
Siyasətçi İran tərəfinin təqdim etdiyi məlumatların dürüstlüyünə şübhə ilə yanaşdığını bildirib.
“Mən bu məlumata son dərəcə şübhə ilə yanaşıram”, - deyə o əlavə edib.
Vens ABŞ-ın bu cür hallara xüsusi diqqət yetirdiyini vurğulayıb. O, Amerika hərbçilərinin mülki obyektlərə qəsdən zərbələr endirməsi ehtimalını qətiyyətlə rədd edərək, bu cür hərəkətlərin ABŞ prinsiplərinə zidd olduğunu bildirib, lakin münaqişələr zamanı “hər şeyin baş verə biləcəyini” də etiraf edib.
ABŞ-ın İranın Sirik şəhərində toyun keçirildiyi məkana endirdiyi zərbə nəticəsində ən azı 68 nəfər xəsarət alıb, beş nəfəri xilas etmək mümkün olmayıb. Xəsarət alanlar arasında çoxlu uşaqların olduğu bildirilir.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































