ABŞ
ABŞ Konqresi İsraili boykot edən universitetlərə qarşı - Qanun qəbul edildi
ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə qarşı boykot aksiyalarında iştirak edən universitetlərin federal maliyyələşdirilməsinin qarşısını almağı nəzərdə tutan qanun layihəsini qəbul edib.
Publika.az xəbər verir ki, sənəd universitetləri israilli tələbə və müəllimlərin bərabər hüquqlarının təmin olunması ilə bağlı hər il hesabat verməyə məcbur edir.
“İqtisadi və akademik azadlığın müdafiəsi haqqında” qanun layihəsinin lehinə 237, əleyhinə isə 169 konqresmen səs verib.
Sənədin qüvvəyə minməsi üçün ABŞ Senatında da təsdiqlənməsi tələb olunur.
Qanun layihəsinin əleyhdarları arasında Nyu-Yorkdan demokrat konqresmen Cerrold Nadler də var. O, BDS hərəkatını qınadığını, lakin amerikalıların fikir və ifadə azadlığı hüququnu dəstəklədiyi üçün sənədin əleyhinə səs verdiyini bildirib.
Layihə bəzi ABŞ universitetlərində getdikcə populyarlaşan İsrailə qarşı akademik boykota yönəlib.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































