ABŞ
ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı geri çəkir - Nə baş verir?
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı nəzərdə tutulan “cəhənnəm sanksiyaları” ilə bağlı qanun layihəsinin qəbulunu ən azı noyabrda keçiriləcək Konqres seçkilərinədək təxirə sala bilər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, sənəd həm demokratlar, həm də respublikaçıların müəyyən qrupları arasında narahatlıq doğurub.
“Hamımız Rusiyaya qarşı sanksiyaları dəstəkləyirik, lakin formula düzgün olmalıdır”, - deyə o vurğulayıb.
Qanun layihəsi bundan əvvəl Senatda sürətlə qəbul edilsə də, indi konqresmenlər əlavə tarif səlahiyyətlərinin ABŞ prezidenti Donald Trampa verilməsinin neft qiymətlərini artıracağından və Vaşinqtonun ticarət tərəfdaşlarına zərbə vuracağından ehtiyatlanırlar.
Sənədə əsasən, Ağ Ev rəhbəri Rusiya nefti və təbii qazının beş ən böyük alıcısına, həmçinin Moskvaya sanksiyalardan yayınmağa kömək edən beş ölkəyə qarşı 100 faizədək rüsum tətbiq etmək hüququ əldə edə bilər. Söhbət əsasən Çin, Hindistan və Türkiyədən gedir.
Respublikaçı Brayan Mast bildirib ki, hazırda qanun layihəsinin yanacaq bazarına mümkün təsiri qiymətləndirilir. Onun sözlərinə görə, Hindistan və digər ölkələrin Rusiya xammalından imtina etməyə məcbur edilməsi seçkilər ərəfəsində benzinin bahalaşmasına səbəb ola bilər.
Demokratlar isə bu təşəbbüsə qarşı çıxaraq, layihənin Tramp administrasiyasına tariflərdən qeyri-məhdud istifadə üçün hüquqi baza yarada biləcəyini bildirirlər.
Qanun layihəsinə ABŞ-ın iri şirkətləri - "ExxonMobil", "General Electric", "Ford", "Pfizer" və ABŞ Ticarət Palatası da etiraz edib. Şirkətlər xəbərdarlıq ediblər ki, genişmiqyaslı yeni tariflər ABŞ istehlakçıları üçün gözlənilməz nəticələrə və ölkənin ticarət tərəfdaşları ilə münasibətlərə mənfi təsir göstərə bilər.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)




.jpg)

.jpg)













.jpg)

