ABŞ
ABŞ Türkiyə bankına sanksiya tətbiq etdi
ABŞ Türkiyənin “Golden Global Bank”ını və onun iki törəmə şirkətini İrana qarşı tətbiq edilən sanksiyalar siyahısına salıb. ABŞ Maliyyə Nazirliyi bankın İranla əlaqəli maliyyə əməliyyatlarında iştirak etdiyini bildirib.
Publika.az xəbər verir ki, nazirliyin məlumatına görə, bank İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələri ilə əlaqəli on milyonlarla dollarlıq əməliyyatların həyata keçirilməsinə şərait yaradıb və İran maliyyə qurumlarına beynəlxalq bank sistemi vasitəsilə əməliyyat aparmaq imkanı verib.
Nazirlik amerikalı şəxslərə sentyabrın 19-dək “Golden Global” və onun törəmə qurumları ilə bağlı maliyyə əməliyyatlarının dayandırılması üçün zəruri tranzaksiyaları həyata keçirməyə imkan verən ümumi lisenziya təqdim edib.
Qeyd edək ki, ABŞ maliyyə naziri Skott Bessent avqustun 31-də “Golden Global Bank”a qarşı sanksiyaların tətbiq olunacağını açıqlamışdı. O, bu addımın İranla əlaqəli maliyyə əməliyyatları ilə bağlı olduğunu bildirmişdi.
Bessent həmçinin ABŞ-ın sanksiyalardan yayınmağa çalışan tərəfləri müəyyən etdiyini vurğulayıb və bu fəaliyyəti “maliyyə zorakılığı” adlandırıb.
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov















.jpg)

.jpg)
.jpg)







.jpg)











