ABŞ
Tramp Putin və Zelenskiyə müharibəyə son qoyacaq təklif göndərəcək
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin həftəsonu və gələn həftənin əvvəlində Rusiyaya, daha sonra isə Ukraynaya səfər etməsi gözlənilir.
Publika.az xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ lideri bildirib ki, Uitkoff və Kuşner səfər zamanı müharibəyə son qoyulması ilə bağlı təkliflər təqdim edəcəklər.
“Onlar özləri ilə müharibəyə son qoymaq üçün təklif götürəcəklər”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbin olduğunu da vurğulayıb. O, xüsusi nümayəndələrin bu istiqamətdə yaxşı nəticə əldə edə biləcəyinə ümid etdiyini bildirib:
“Onlar gözəl iş görürlər. Biz onları bir şey edə biləcəyimizi görmək üçün göndərdik. Bunun üçün yaxşı şansımız ola bilər”.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Uitkoff və Kuşnerin əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklərini təsdiqləyib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi













.png)



.jpg)






















