ABŞ
Pandemiyalara qarşı hazırlıq – Pentaqon və ABŞ səhiyyə institutlarından 2 milyardlıq layihə
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə Milli Səhiyyə İnstitutları (NIH) biomüdafiə və pandemiyalara hazırlıq sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” sazişin mətninə istinadən məlumat yayıb.
Razılaşma əsasən kimyəvi və bioloji müdafiə istiqamətində tədqiqatların aparılmasını nəzərdə tutur.
Qəzetin məlumatına görə, birgə layihələrin maliyyələşdirilməsi üçün Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun büdcəsindən təxminən 2 milyard dollar ayrıla bilər.
Saziş ABŞ Konqresində bəzi demokrat qanunvericilərin narazılığına səbəb olub. Onlar Pentaqonun səhiyyə proqramları üçün Konqres tərəfindən ayrılmış vəsaitləri öz ehtiyacları üçün yönləndirə biləcəyindən narahatdırlar.
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















