ABŞ
Baydenin oğlu prezident olmaq istəyir
ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden növbəti dəfə medianın gündəminə gəlib.
Publika.az "New York Post"a istinadən xəbər verir ki, bu dəfə o, ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürə biləcəyini gizlətməyib. Hanter jurnalist Con Ketsimatidisə müsahibəsində qeyd edib ki, seçkilərə qatılmaqla asılılıqdan əziyyət çəkən (Zərərli vərdişlər və ya narkotik asılılığından əziyyət çəkənlər-red.) insanların maraqlarını təmsil edə bilər.
"Əgər sizdən(Katsimadisdən-red.)dəstək görsəm, seçkilərdə iştirak edə, namizədliyini irəli sürə bilərəm. Ən böyük narahatlığım hələ də asılılıqdan əziyyət çəkən 50 milyon amerikalıdır", - deyə kiçik Bayden siyasi ambisiyaları ilə bağlı sualı cavablandırarkən bildirib.
Keçmişdə narkotik asılılığından əziyyət çəkdiyini açıq şəkildə etiraf edən Co Baydenin oğlu potensial tərəfdarlarını da açıqlayıb.
Hanter əlavə edib ki, yeddi ildən çoxdur ki, narkotik və ya spirtli içki istifadə etmir.
Müəllif: Tural
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































