ABŞ
Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşdü
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib.
Publika.az xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir.
Materialda qeyd olunub ki, amerikalı seçicilərin yalnız üçdə biri onun Ağ Ev rəhbəri kimi fəaliyyətini bəyənir.
Tədqiqatın məlumatlarına əsasən, bir ay əvvəlki 35 % ilə müqayisədə respondentlərin yalnız 33 %-i Trampın hazırkı siyasi kursunu dəstəkləyib. Eyni zamanda, respublikaçı seçicilər arasında onun dəstəklənmə səviyyəsi 72 %-ə enib ki, bu da FT-nin sorğuları çərçivəsində antirekorddur.
Qeyd edilib ki, respondentlərin əksəriyyəti Vaşinqtonun ticarət siyasətini və Tramp administrasiyası tərəfindən tətbiq edilən rüsumları rədd edərək bunları Amerika vətəndaşlarının artan yaşayış xərcləri ilə əlaqələndiriblər. Seçicilərin üçdə ikisi ABŞ iqtisadiyyatının yanlış istiqamətdə hərəkət etdiyinə əmindir, daha 57 % isə Tramp administrasiyasının siyasətinin onların maliyyə rifahına mənfi təsir göstərdiyini bildirib. Bundan əlavə, sorğu iştirakçılarının 56 %-i istehlakçılar üçün ehtimal olunan növbəti qiymət artımından narahatlıqlarını ifadə edərək Kanadaya qarşı son ticarət rüsumlarından narazı qalıblar.
FT həmçinin siyasi müttəfiq kimi Trampa dəstək səviyyəsinin düşdüyünü də qeyd edib, çünki respondentlərin 46 %-i hazırkı prezidentin Respublikaçılar Partiyası üçün konqresə qarşıdan gələn aralıq seçkilərini çətinləşdirdiyini hesab edir. Daha 47 % isə Trampın açıq şəkildə müdafiə edəcəyi namizədi dəstəkləmək istəmədiklərini bildirib.
Sorğu 28 avqust - 1 sentyabr tarixləri arasında qeydiyyatdan keçmiş 1914 seçici arasında aparılıb, xəta payı təxminən 2,6 faiz bəndi təşkil edir.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































