ABŞ
Moskvada nə baş verir? - "Sanksiya kralı" Uitkoff və Kuşnerdən qabağa düşdü - VİDEO
ABŞ Maliyyə Nazirliyində sanksiyalar məsələlərinə nəzarət edən mütəxəssis Cin Lanq Moskvadakı restoranlardan birində görünüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilib ki, yayılan görüntülərdə Lanq ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerdən öndə gedərək restorandan çölə çıxıb. Videonu Kremlə yaxınlığı ilə tanınan "Life" müxbiri Aleksandr Yunaşev "Telegram" kanalında paylaşıb.
"Gazeta" yazıb ki, "Görünür, Lanq jurnalistlərin diqqətindən yayınmaq istəyib. Cin məhz buna görə hamıdan əvvəl restoranı tərk edib, Uitkoff, Kuşner və ABŞ nümayəndə heyətinin digər üzvlərindən qabağa düşüb".
Qeyd edək ki, jurnalistlər ABŞ-ın sanksiya siyasətini idarə edən və əlaqələndirən əsas şəxs olan Lanqa "sanksiya kralı" ləqəbi veriblər.
Müəllif: Tural
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır




































