ABŞ
Cared Kuşner: “Üçtərəfli danışıqların bərpasına ümid edirik”
ABŞ, Rusiya və Ukrayna arasında Ukraynada sülhün əldə olunmasına dair üçtərəfli danışıqların bərpa olunması mümkündür.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib.
Bildirib ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə keçirilən üçtərəfli görüşlər məhsuldar olub. Onun sözlərinə görə, həmin görüşlərdə tərəflər mövqelərini birbaşa müzakirə edib. “Ümid edirik ki, bu formata qayıdacağıq”, - deyə C.Kuşner vurğulayıb.
ABŞ Prezidentinin kürəkəni qeyd edib ki, Vaşinqton tərəflərin mövcud sülh prosesində faydalı ola biləcək bir sıra ideyalar irəli sürüb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında son üçtərəfli məsləhətləşmələr fevralın 17-18-də Cenevrədə keçirilib. Görüşlər qapalı formatda, həm ikitərəfli, həm də üçtərəfli müzakirələr şəklində baş tutub.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















