ABŞ
Trampa Ayın kimə məxsus olduğu xatırladıldı
Ay heç bir tək dövlətə məxsus ola bilməz, onun ərazisinə edilən istənilən iddiaların isə heç bir hüquqi əsası yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Kolumbiyası Universitetinin fəxri astronomiya professoru Ceymi Metyus “RİA Novosti” ilə söhbətində bəyan edib.
Onun sözlərinə görə, müvafiq müddəa dövlətlərin kosmosun, o cümlədən Ay və digər göy cisimlərinin tədqiqi və istifadəsi üzrə fəaliyyət prinsipləri haqqında müqavilədə təsbit olunub. Metyus qeyd edib ki, hətta amerikalı astronavtların Aya enməsi də ABŞ-yə peykin ona məxsus olduğunu bəyan etmək hüququ vermir.
“ABŞ-ın 50 il əvvəl Aya 12 nəfər göndərməsi onun mənsubiyyəti kontekstində heç bir məna kəsb etmir”, - deyə alim vurğulayıb.
Kosmos haqqında müqaviləyə əsasən, göy cisimləri suverenlik elan etmək, istifadə etmək və ya işğal etmək yolu ilə milli mənimsənilməyə məruz qala bilməz.
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Yer fonunda Ayın təsvirini dərc edib və ona “Ay bizimdir” yazısını və Amerika bayrağını əlavə edib.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

