ABŞ
Trampdan milyardları ilə bağlı şok açıqlama: Özüm üçün qazanmamışam
ABŞ prezidenti Donald Tramp maliyyə bazarlarında əldə etdiyi gəlirlərlə bağlı Demokratların tənqidlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında qazancının şəxsi maraqları ilə bağlı olmadığını, bunun ABŞ-a fayda verdiyini iddia edib.
“Mən bunu özüm üçün deyil, ölkəmiz üçün edirəm. ABŞ üçün səhmlərdən və bir çox digər aktivlərdən yüz milyardlarla dollar qazandım, özüm üçün deyil”, - deyə Tramp yazıb.
Qeyd edək ki, ötən yay aparılan jurnalist araşdırmalarında Trampın, səhmlərini əvvəlcədən aldığı 20-dən çox şirkətin sosial şəbəkələrdə tanıdılmasına kömək etdiyi iddia olunub. Həmçinin ABŞ liderinin investorları kriptovalyuta layihələrinə sərmayə yatırmağa çağırdığı, daha sonra isə bu bazardan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsini səhmlər və istiqrazlar kimi daha etibarlı aktivlərə yönəltdiyi bildirilib.
Tramp daha əvvəl də maliyyə bazarlarında qeyri-adi davranışları ilə gündəmə gəlib. Belə ki, onun özünün tətbiq etdiyi gömrük tarifləri səbəbindən kəskin ucuzlaşan iri texnologiya şirkətlərinin səhmlərini aldığı qeyd olunub. Bundan başqa, ABŞ prezidentinin neftin qiymətinin kəskin düşməsindən əvvəl verdiyi açıqlama ərəfəsində bu sahədə sövdələşmələrin artması da diqqət çəkib.
Müəllif: Adəm
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır






















.png)











