ABŞ
Tramp Kanadanın baş nazirinə sataşdı: Qubernator, ayağa qalx! - FOTO
ABŞ prezidenti Donald Tramp Kanada baş naziri Mark Karniyə növbəti dəfə sataşıb.
Publika.az xəbər verir ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində Karninin buz üzərində yıxılmış vəziyyətdə təsvir olunduğu şəkil paylaşıb. Kadra Tramp da daxil edilib və o, Karninin üzərində dayanaraq “Qubernator, ayağa qalx” deyir.
Bununla Tramp Kanada baş nazirini ABŞ ştatının qubernatoru kimi təqdim edib. O, daha əvvəl də Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməli olduğunu dəfələrlə bildirib. Karni isə Kanadanın heç bir halda ABŞ-ın tərkibinə daxil olmayacağını vurğulayıb.
Qeyd edək ki, ABŞ-Kanada münasibətlərində son dövrdə gərginlik artıb. Tərəflər arasında ticarət danışıqlarının pozulmasından sonra qarşılıqlı ittihamlar və tarif müharibəsi daha da kəskinləşib.
Trampın paylaşımı iki ölkə arasında onsuz da gərgin olan münasibətlər fonunda növbəti siyasi mesaj kimi qiymətləndirilir.
Müəllif: Adəm

-
Magazin213:40Rusiyanın məşhur reperi evində gülləndi
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO







































