ABŞ
ABŞ İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır
ABŞ hərbi komandanlığı İran yaxınlığında 230-dan çox qırıcı və hücum təyyarəsindən ibarət aviasiya qüvvəsi saxlayır.
Publika.az xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatlarına istinadən “Itamilradar” portalı məlumat yayıb.
Məlumata görə, son iki həftədə Yaxın Şərqdə bir sıra qırıcı eskadrilyaları rotasiya olunsa da, bölgədəki ABŞ döyüş təyyarələrinin ümumi sayı dəyişməyib. Hazırda ABŞ Mərkəzi Komandanlığının regiondakı bazalarında 208 qırıcı və 30 A-10 hücum təyyarəsi yerləşdirilib. Onların əsas hissəsi İordaniya, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindədir.
Bundan başqa, Yaxın Şərqdə fəaliyyət göstərən iki təyyarədaşıyan gəmi və iri amfibiya gəmisində 110-dan çox qırıcı təyyarənin olduğu bildirilir.
“The Wall Street Journal”ın məlumatına görə, Pentaqon ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsini 2027-ci ilə qədər uzadıb. Hazırda bölgədə təxminən 50 min ABŞ hərbçisi, 19 hərbi gəmi, hava hücumundan müdafiə bölmələri və genişmiqyaslı aviasiya qüvvələri saxlanılır.
Mənbələr bu addımın İranla mümkün hərbi qarşıdurmanın gələn ilədək davam edə biləcəyi ehtimalı ilə əlaqəli olduğunu bildirirlər.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























