ABŞ
Terrordan 25 il sonra - ABŞ-da buna İCAZƏ VERİLDİ
ABŞ hakimiyyəti 11 sentyabr 2001-ci il terrorundan 25 il sonra hava limanlarının qapalı zonalarına bileti olmayan şəxslərin girişinə qismən icazə verməyə başlayıb.
Publika.az xəbər verir ki, yeni qaydalara əsasən, yoxlanılmış sərnişin proqramlarının iştirakçıları yaxınlarını təyyarəyə qədər yola sala, qarşılayan şəxslərlə görüşə və ya tranzit zamanı ailə üzvləri ilə bir araya gələ biləcəklər.
Bunun üçün hava limanına səfərdən 1-3 gün əvvəl internet vasitəsilə pulsuz müraciət etmək lazımdır. ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumatları yoxladıqdan sonra icazə göndərəcək.
İcazə alan şəxs hava limanında şəxsiyyətini təsdiq etməli və təhlükəsizlik yoxlamasından keçməlidir. Proqramın ilk mərhələsində Los-Anceles, Dallas, Las-Veqas və Solt-Leyk-Siti də daxil olmaqla 13 hava limanında tətbiqinə başlanılıb. Gələcəkdə siyahının genişləndirilməsi planlaşdırılır.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















