ABŞ
Tramp köməkçilərinə 45 min dollar bağışladı - SƏBƏBİ
ABŞ prezidenti Donald Tramp üç köməkçisinə Milad hədiyyəsi olaraq 45 (76 min 500 manat) min dollar verib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” ABŞ administrasiyasının açıqladığı maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Trampın 45 min dollar hədiyyə etdiyi şəxslər arasında onu demək olar ki, bütün tədbirlərdə müşayiət edən Natali Harp, ictimaiyyətlə əlaqələr üzrə müşavir Marqo Martin və Oval kabinetin əməliyyatlar üzrə direktor müavini Çemberlen Harris var.
Ağ Evin əməliyyatlar üzrə direktoru Uolt Nauta isə 20 min dollar (34 min manat) məbləğində hədiyyə alıb.
Hədiyyələr administrasiya tərəfindən dərc edilən əməkdaşların illik gəlir bəyannamələrində göstərilib. Hesabata əsasən, Harp, Martin və Harrisin illik maaşı 150 min dollar (255 min manat), Nautanın isə 175 min dollar (297 min 500 manat) təşkil edir.
Müəllif: Adəm
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















