ABŞ
Trampdan amerikalılara seçki vədi: Qalib gəlsə, hər kəsə pul veriləcək - Məbləği də açıqladı
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresin hər iki palatasına nəzarəti qoruyacağı təqdirdə, ölkənin bütün yetkin vətəndaşlarına 5 min dollar ödəyəcəyini vəd edib.
Publika.az xəbər verir ki, Tramp bu barədə aralıq seçkilər ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasda keçirilən milli qurultayında çıxışı zamanı danışıb.
O bildirib ki, Respublikaçılar Nümayəndələr Palatası və Senatda qalib gəlsələr, ABŞ-ın iqtisadi uğurlarından əldə olunan nəticələr hesabına hər bir yetkin vətəndaşa 5 min dollar məbləğində “dividend” veriləcək. Tramp bu ödənişi “Tramp dividendləri” adlandırıb.
ABŞ Prezidenti həmçinin vətəndaşların əldə edəcəkləri vəsaiti ölkə daxilində xərcləməli olacaqlarını da vurğulayıb. Təklifin necə maliyyələşdiriləcəyi və həyata keçiriləcəyi ilə bağlı isə əlavə detallar açıqlanmayıb.
Qeyd edək ki, Konqresin aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının 435 üzvü yenidən seçiləcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















