ABŞ
Tehran 47 illik taktikanı işə saldı - Tramp İrana hücumlara görə peşmandır?
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların İrana hücumları səbəbindən hər hansı peşmançılıq hissi keçirmir.
Publika.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə “Fox News” telekanalına açıqlama verib.
Hücumdan imtina etməyin respublikaçıların qarşıdakı seçkilərdə qələbə qazanmaq şansını artırıb-artırmayacağı sualını cavablandırıldran Tramp “peşmançılıq” anlayışına inanmadığını bildirib.
“Həmişə özündən bir qədər şübhələnmək olar və bir neçə nəfər məndən bu barədə soruşdu. Lakin əgər mən bunu yenidən etməli olsaydım, eynilə belə edərdim”, - deyə Amerika prezidenti bildirib.
Kəşfiyyat məlumatlarına istinadla “The New York Times” qəzeti yazır ki, İran ABŞ ilə qarşıdurmada daha özünəgüvənli olub və münaqişənin aktiv fazasını noyabrda keçiriləcək aralıq seçkilərə qədər qəsdən uzada bilər. Tehranda hesab edirlər ki, Vaşinqtonun sursat ehtiyatları azalır, müharibə və benzin qiymətlərinin artması isə Donald Trampa siyasi ziyan vurur.
Öz növbəsində, “The Wall Street Journal” qeyd edir ki, Tehran 1979–1981-ci illərdə prezident Cimmi Karterin seçkilərdə məğlubiyyətinə səbəb olmuş amerikalı girovlar böhranı zamanı artıq belə bir taktikadan istifadə edib.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR










.jpg)



























