ABŞ
Maduronun xanımından xəbər var - Məhbus həyatı necə keçir?
Keçmiş Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores Amerika həbsxanasında xeyli arıqlayıb, həmçinin yuxu problemi yaşayır.
Publika.az xəbər verir ki, bu barədə onun vəkilləri vəsatətdə çıxış ediblər.
Qadın ciddi ürək xəstəliyinə istinad edərək ABŞ hakimindən məhkəməyə qədər nəzarətdən azad olunmasını xahiş edir. Vəsatətdə qeyd olunur ki, Flores “ev dustaqlığında olmaqla, həmçinin sutka boyu silahlı mühafizə və GPS monitorinqi ilə məhkəməni gözləmək imkanına layiqdir”.
“O, xeyli arıqlayıb, daimi reflüks və qastritdən əziyyət çəkir, uzun müddət yata bilmir və qorxanda taxikardiya keçirir”, - deyə sənəddə qeyd olunur.
Sənəddə vurğulanıb ki, əgər Flores həbsdə olmağa davam edərsə, öz sağlamlığını lazımi qaydada bərpa edə bilməyəcək.
2026-cı il yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesueladakı hərbi obyektlərə hava zərbələri endirib və quru əməliyyatı keçirib, nəticəsində Maduro və onun həyat yoldaşı əsir götürülüb. Onlar ABŞ-a aparılıb və burada Latın Amerikası respublikasının rəhbəri “narkoterrorizm”, silah saxlama və narkotiklərin qaçaqmalçılığı ittihamı ilə məhkəmə qarşısına çıxıb. Maduronun ələ keçirilməsindən sonra ölkəyə vitse-prezident Delsi Rodriges rəhbərlik edir.
Hüseyn İbadlı
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq








.jpg)


























