Vensin çıxışı zamanı etiraz: ABŞ-ı tərk et, Meksikaya get
Bizi izləyin

ABŞ

Vensin çıxışı zamanı etiraz: ABŞ-ı tərk et, Meksikaya get

Vensin çıxışı zamanı etiraz: ABŞ-ı tərk et, Meksikaya get

Texasda keçirilən Respublikaçıların Milli Konqresində ABŞ vitse-prezidenti Cey Di-Vens Meksika bayrağı daşıyan etirazçıdan ölkəni tərk etməsini tələb edərək onu axmaq adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Vensin çıxışı zamanı tədbir iştirakçılarından biri onun sözünü kəsərək Meksika bayrağını dalğalandırıb.

Vitse-prezident kişinin Meksikaya getməli olduğunu bildirib və ona təyyarə bileti almağa hazır olduğunu bildirib.

Daha əvvəl Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ siyasətçilərini seçki kampaniyası çıxışlarında ölkəsi və Meksika narkotik kartelləri mövzusundan istifadə etməməyə çağırmışdı. O, iki ölkə arasında əməkdaşlığın bir-birinin daxili işlərinə müdaxilə etməmək, koordinasiyaya əsaslanmalı olduğunu vurğulamışdı.

Vensin çıxışı 3 noyabrda keçiriləcək ABŞ-dakı ara seçkilər ərəfəsində baş tutub. Həmin gün amerikalılar yeni Nümayəndələr Palatasını seçəcək və Senatdakı 33 yerin taleyini həll edəcəklər. Konqresin hər iki palatası hazırda respublikaçılar tərəfindən idarə olunur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm