ABŞ
11 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə əlaqədar “Əl-Qaidə”nin hücuma hazırlığı barədə məlumatların yer aldığı 71 sənədi məxfilikdən çıxarıb.
Publika.az “The New York Times”a istinadən xəbər verir ki, yayımlanan sənədlər ABŞ xüsusi xidmət orqanlarının 11 sentyabr hücumlarına hazırlıq barədə əvvəlcədən məlumat əldə etdiyini göstərən Terror Aktlarına Qarşı Mübarizə üzrə Milli Komissiyanın əvvəlki açıqlamalarını təsdiqləyir.
MKİ direktoru Con Retkliff bildirib ki, idarə faciə zamanı həyatını itirənlərin xatirəsinə ehtiram olaraq və daha çox şəffaflığın təmin edilməsi məqsədilə 71 məxfi sənədi ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, bu materiallar MKİ-nin 11 sentyabr hadisələri ilə bağlı indiyədək açıqladığı ən geniş analitik sənədlər toplusudur.
Sənədlərin əhəmiyyətli hissəsində MKİ-nin “Əl-Qaidə” lideri Üsamə bin Ladeni izləməsi ilə bağlı məlumatlar əksini tapıb. Hesabatlardan bir neçəsində qeyd olunur ki, qurum 1998-ci ildən etibarən təşkilatın mümkün hücum hazırlığı barədə xəbərdarlıqlar alıb.
Bununla belə, sənədlərdə mənbələrdən daxil olan məlumatların qeyri-müəyyən xarakter daşıdığı və bu səbəbdən hücumun konkret hədəfinin və vaxtının əvvəlcədən dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilir.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” üzvləri dörd sərnişin təyyarəsini qaçırıblar. Təyyarələrdən ikisi Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, biri Vaşinqtondakı Pentaqonun qərb qanadına çırpılıb. Dördüncü təyyarə isə Pensilvaniyada, Pitsburq yaxınlığında qəzaya uğrayıb.
Terror aktları nəticəsində ümumilikdə 2977 nəfər həlak olub.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
































