ABŞ
Tramp canlı tədbirdə "Nvidia" rəhbərinə zəng vurdu: Bunu necə bacarmırsan?
ABŞ-ın texnologiya nəhəngi "Nvidia" şirkətinin rəhbəri Jensen Xuanq Los-Ancelesdə keçirilən All-In sammitində çıxış edərkən gözlənilməz telefon zəngi alıb. Zəng edən ABŞ prezidenti Donald Tramp olub.
Publika.az "KBS News"a istinadən xəbər verir ki, çıxışın ortasında köməkçi Xuanqın yanına telefonla yaxınlaşıb. Sessiyanın aparıcısı bunun əvvəlcədən planlaşdırılmadığını bildirib. Xuanq isə Trampa auditoriya qarşısında olduğunu və onun haqqında danışdıqlarını deyərək telefonu səsgücləndirici rejimə necə keçirəcəyini soruşub. Bundan bir qədər sonra telefonun mikrofonu ona yaxınlaşdırılıb.
Tramp isə zarafatla Xuanqın mürəkkəb çiplər hazırlaya bildiyini, lakin telefonda səsgücləndirici rejimi aktivləşdirə bilmədiyini deyib.
Söhbət daha sonra süni intellektin tənzimlənməsi məsələsinə keçib. Tramp iri texnolaogiya şirkətlərinin süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqları ilə razılaşmayıb və bu müzakirələri Çinin maraqlarına xidmət edən “sui-qəsd” adlandırıb.
ABŞ prezidenti süni intellektin bəşəriyyəti ələ keçirəcəyi və robotların dünyanı zəbt edəcəyi ilə bağlı fikirləri də rədd edib. Bununla belə, o, texnologiyanın inkişafında ehtiyatlı və ölçülü davranmağın vacibliyini vurğulayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















