ABŞ
Konqres Trampın impiçmentini tələb edən qətnaməni rədd etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni dəstəkləməyib.
Publika.az xəbər verir ki, sənədin müzakirəsinin dayandırılmasının lehinə Nümayəndələr Palatasının 232 üzvü səs verib. Konqresin aşağı palatasının 147 üzvü isə bunun əleyhinə çıxış edib.
Qətnamə layihəsini Texas ştatından olan demokrat konqresmen El Qrin hazırlayıb. O, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) və ABŞ Sərhəd və Gömrük Mühafizəsi Xidmətinin (USCBP) fəaliyyəti ilə əlaqədar prezidenti səlahiyyətlərini aşmaqda ittiham edir.
Avqustun 9-da "Reuters" yazıb ki, demokratlar Nümayəndələr Palatasına seçkilərdə qalib gələcəkləri təqdirdə Ağ Evin rəhbəri Donald Trampa qarşı genişmiqyaslı araşdırmalar aparmaq planı hazırlayırlar.
Agentliyin məlumatına görə, Demokratlar Partiyası çağırış vərəqələrindən, sənədlərin tələb edilməsindən, habelə açıq dinləmələrdən istifadə etməklə araşdırmalar aparmağı planlaşdırır. Trampın prezidentliyi dövründə ABŞ administrasiyasının qəbul etdiyi qərarlar, hazırkı ABŞ liderinin maliyyə əlaqələri, iri şirkətlər və Ağ Evlə əməkdaşlıq edən podratçılar diqqət mərkəzində ola bilərlər.
Hüseyn İbadlı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















