ABŞ
Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
Çərşənbə axşamı jurnalistlərin başqa bir qəzanı işıqlandırdığı Los-Ancelesin şimal-qərbindəki Çatsvort bölgəsində televiziya şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin verdiyi məlumata görə, qəzada üç nəfər ölüb, daha bir nəfər xəstəxanaya yerləşdirilib.
Vertolyot San Fernando Vadisində yerləşən Çatsvortdakı anbar kompleksinin yaxınlığında və ya ərazisindəki dayanacaqda qəzaya uğrayıb.
Yanğınsöndürənlər vertolyotun qəza yerində alov içində olduğunu aşkar ediblər. Yanğın yaxınlıqdakı park edilmiş bir neçə avtomobilə yayılıb. Hadisə yerində üç nəfər ölüb, daha bir zərərçəkən isə xəstəxanaya aparılıb. Onun vəziyyəti hələlik məlum deyil.
Vertolyot qəzasının səbəbi hələ müəyyən edilməyib. İstintaqa Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) rəhbərlik edəcək.
Müəllif: Tural
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı




























.jpg)








.jpg)

