ABŞ
Rusiyalı biznesmenin Trampın oğluna hədiyyəsi ABŞ-ı qarışdırdı: Ağ Evdən izahat tələb olunur
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsində demokratların nümayəndəsi Robert Qarsiya Donald Trampın oğlu Donald Tramp Jr.-ın toy mərasimindən sonrakı tədbirlərin rusiyalı biznesmen Umar Kremlev tərəfindən maliyyələşdirilməsi ilə bağlı Ağ Evdən məlumat tələb edib.
Publika.az xəbər verir ki, Qarsiya Kremlevin toy xərclərinin bir hissəsini hədiyyə kimi ödəməsi barədə məlumatlarla bağlı Donald Tramp Jr.-a da müraciət edib. Konqresmen onun ABŞ prezidentinin oğlu olduğunu, eyni zamanda Müdafiə Nazirliyi ilə böyük müqavilələri olan şirkətlərdə ortaq və investor kimi fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən hədiyyənin ciddi suallar doğurduğunu bildirib.
Məlumata görə, Kremlev Baham adalarında keçirilən toy mərasimindən sonra iki gecəlik şənliklərin xərclərini qarşılayıb. "ProPublica"nın araşdırmasına əsasən, ödənişlər yüz minlərlə dollar təşkil edib və özəl adanın icarəsi, tədbirlərin təşkili və atəşfəşanlıq kimi xərcləri əhatə edib.
Donald Tramp Jr.-ın həyat yoldaşı Bettina isə bu məsələyə görə demokratların reaksiyasını tənqid edib. O, Kremlevi “əziz dostu” adlandıraraq, onun toylarından sonra iki möhtəşəm gecə təşkil etdiyini və bunun sadəcə səxavətli toy hədiyyəsi olduğunu qeyd edib. Bettina əlavə edib ki, dostluğun siyasi motivi olmaq məcburiyyətində deyil və bu hadisənin siyasi və ya gizli məqsədlərlə əlaqələndirilməsini düzgün hesab etmir.
ABŞ prezidenti Donald Tramp isə Kremlevi tanımadığını və onun oğlunun toyunu maliyyələşdirmədiyini deyib. Tramp tədbirin toyun özündən fərqli vaxt və məkanda keçirilən ayrıca şənlik olduğunu bildirib.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

