ABŞ
Britaniya Maskın paylaşımlarını izləyib: Milli təhlükəsizlik yoxlanışı
Böyük Britaniya hakimiyyəti amerikalı milyarder İlon Maskın "X" platformasında etdiyi paylaşımları milli təhlükəsizliyə mümkün təhdidlər baxımından izləyib və onun xarici dövlətlərlə əlaqələrinin olub-olmadığını araşdırıb.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, son 4,5 il ərzində heç bir ölkə Maskın fəaliyyətinə Böyük Britaniya qədər diqqət ayırmayıb. Milyarder mütəmadi olaraq miqrasiya fonunda ölkənin milli kimliyini itirdiyini bildirir, hətta Böyük Britaniyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu yazır.
Mask eyni zamanda "X" platforması vasitəsilə miqrasiya əleyhinə “Restore Britain” partiyasına və onun lideri Rupert Louya dəstək verir. Məlumata görə, bu dəstək az tanınan siyasətçinin tanınmasını artırıb və partiyanın sorğularda təxminən 5 faiz dəstək qazanmasına təsir edib.
Milyarder Rupert Louyu açıq şəkildə Böyük Britaniyanın gələcək lideri adlandırıb. Bu isə London rəsmilərinin narahatlığını artırıb.
Bununla belə, Britaniya hakimiyyəti Maskın fəaliyyətinə qarşı rəsmi addım atmağa tələsməyib. Nəşrin yazdığına görə, London ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa qarşıdurmadan çəkinib.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)






















