ABŞ
Trampın reytinqi tarixi minimuma endi
ABŞ Prezidenti Donald Trampın fəaliyyətini bəyənmə reytinqi 37 faizə düşüb və ikinci prezidentlik dövrü ərzində ictimai rəy sorğuları tarixində ən aşağı səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri Markett Universitetinin keçirdiyi sorğuya istinadla məlumat yayıb.
Sorğuya əsasən, respondentlərin 63 faizi Trampın işini müsbət qiymətləndirmir. Nəşr qeyd edib ki, dəstək səviyyəsi iyul ayındakı 40 faizdən aşağı düşüb və hazırda may və iyun aylərində qeydə alınmış əvvəlki minimum göstəricidən 1 faiz azdır.
“Ölkənin ən vacib iqtisadi və xarici siyasət problemlərinin həllində ictimaiyyətin onun əməllərinə olan etimadı zəiflədikcə göstərici də aşağı düşür”, – deyə KİV qeyd edib.
Bununla belə, ikinci dövrünün əvvəlində Trampın bəyənmə reytinqi 48 faiz təşkil edirdi.
Sentyabrın əvvəlində “Financial Times” qəzeti Britaniyanın “Focaldata” şirkətinin tədqiqatına istinadla yazmışdı ki, Trampın bəyənmə reytinqi rekord dərəcədə aşağı həddə düşüb və respondentlərin yalnız 33 faizi onun siyasi kursunu bəyənir.
Həmçinin “Reuters” agentliyi məlumat vermişdi ki, İranla müharibələr və ölkədəki iqtisadi vəziyyət səbəbindən Trampın bəyənmə reytinqi bütün siyasi karyerası ərzində ən aşağı səviyyədə qalır.
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO



















.webp)













.jpg)


