ABŞ
Trampın oğlunun toy qalmaqalı böyüyür: Putinin adamı ilə bağlı izahat istənildi
Putinlə əlaqələndirilən rusiyalı iş adamının Donald Trampın oğlunun toy mərasimini maliyyələşdirməsi ABŞ-da siyasi suallar yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Daha əvvəl xəbər verdiyimiz kimi, Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov Donald Tramp Jr. və həyat yoldaşı Bettinanın toy sonrası iki günlük tədbirinin xərclərini qarşılayıb. Buraya özəl adanın icarəsi və atəşfəşanlıq da daxil olub. Kremlyovun Vladimir Putinin siyasi və biznes çevrəsi ilə əlaqəli olduğu bildirilir.
Hadisə ABŞ Konqresində də diqqət çəkib. Demokrat konqresmen Robert Qarsia Trampın oğluna məktub göndərərək, Putinlə əlaqələndirilən şəxsdən bahalı hədiyyə qəbul edilməsinin milli təhlükəsizlik və korrupsiya ilə bağlı ciddi suallar doğurduğunu bildirib.
Tramp Jr.-ın atasına siyasi məsələlərdə, o cümlədən bəzi kadr seçimlərində məsləhətlər verdiyi qeyd olunur. Buna görə də demokratlar mümkün xarici təsir məsələsinin araşdırılmasını tələb edirlər.
Donald Tramp isə Kremlyovu oğlunun yaxın dostu kimi tanımadığını bildirib.
Akqabay
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























