ABŞ
Vaşinqtondan Moskva ilə bağlı gözlənilməz addım: Müharibə bitmədən…
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibə başa çatmadan Rusiya ilə iqtisadi razılaşmalar imzalamaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” danışıqlara yaxın iki mənbəyə istinadən məlumat yayıb.
Vaşinqton hesab edir ki, belə razılaşmalar Moskvanı hərbi əməliyyatların dayandırılmasına razı salmaq üçün əlavə stimul yarada bilər. ABŞ rəsmilərindən biri bildirib ki, müharibə başa çatmamış biznes razılaşmalarının əldə olunması Vaşinqtonun Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətinin ciddi olduğunu göstərə bilər.
Bu yanaşma Trampın əvvəlki mövqeyindən fərqlənir. O, ötən il müharibə həll olunana qədər Rusiya ilə böyük iqtisadi sazişlərin bağlanmayacağını bildirmişdi.
Hazırda isə ABŞ administrasiyasının Moskvaya qarşı həm iqtisadi təzyiq, həm də mümkün iqtisadi təşviqlərdən istifadə etməyə çalışdığı bildirilir.
Eyni zamanda, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəddə Rusiyanın enerji və maliyyə sektorlarına, banklara, rəsmilərə və “kölgə donanması”na qarşı məhdudiyyətlərin gücləndirilməsi, həmçinin Rusiya enerji daşıyıcılarını alan ölkələrə 100 faizə qədər gömrük rüsumlarının tətbiqi imkanının yaradılması nəzərdə tutulur.
Rusiya ilə mümkün iqtisadi razılaşmaların konkret olaraq hansı sahələri əhatə edəcəyi açıqlanmayıb. Bununla belə, Moskvanın daha əvvəl ABŞ-a mədən sənayesi, Arktikada əməkdaşlıq və enerji ticarəti də daxil olmaqla müxtəlif iqtisadi layihələr təklif etdiyi bildirilir.
Məlumata görə, danışıqlarda əsas maneələrdən biri isə ərazi məsələsidir. Rusiya Donetsk vilayətinin bir hissəsinə nəzarətlə bağlı tələblər irəli sürür, Ukrayna isə nəzarətində olan əraziləri könüllü şəkildə verməyə razı deyil.
Akqabay
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























