ABŞ
Afrikadakı ABŞ PUA-ları geri çəkilir: “Reaper”lərin yeni ünvanı bəlli oldu
Pentaqon zərbə-kəşfiyyat imkanlarına malik MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarının əsas hissəsini Afrika Komandanlığının məsuliyyət zonasından ABŞ-ın Cənub Komandanlığının ərazisinə keçirməyi planlaşdırır.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bu addım Vaşinqtonun Latın Amerikası regionunda narkokartellərə və terror qruplaşmalarına qarşı yeni əməliyyatlara hazırlığı ilə əlaqələndirilir.
Pilotsuz uçuş aparatlarının dəqiq sayı açıqlanmasa da, mənbələr Afrikadakı “Reaper”lərin böyük əksəriyyətinin bölgədən çıxarıla biləcəyini bildiriblər. Onların mümkün istifadə məkanlarından biri Ekvadordur. Artıq burada ABŞ hərbi mütəxəssisləri yerli təhlükəsizlik qüvvələri ilə birgə fəaliyyət göstərirlər.
Bununla belə, çıxarılan PUA-ların hamısının Latın Amerikasına göndərilməsi planlaşdırılmır. Məlumata görə, PUA-ların bir hissəsi İranla silahlı qarşıdurmanın kəskinləşməsi fonunda Pentaqonun itkilərdən sonra azalan arsenalını bərpa etmək üçün təcili şəkildə Yaxın Şərqə göndərilə bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























