ABŞ
Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
ABŞ Prezidenti Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, əldə olunan razılaşma ABŞ-a Qrenlandiyada təhlükəsizlik və digər zəruri məsələlərə daimi nəzarət etmək imkanı verir.
Trampın sözlərinə görə, razılaşmaya əsasən, Vaşinqton Qrenlandiyanın və ABŞ-ın təhlükəsizliyini təmin etmək məqsədilə adada “lazım olan hər şeyi” həyata keçirə biləcək.
ABŞ lideri həmçinin qeyd edib ki, Qrenlandiyada hər hansı hərbi mövcudluğun yaradılması və ya investisiya qoyuluşu Vaşinqtonun “yazılı razılığı” ilə həyata keçiriləcək.
“Biz dərhal Qrenlandiyanın müvafiq hissəsində genişmiqyaslı hərbi mövcudluğun yaradılması prosesinə başlayacağıq”, - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, razılaşma ABŞ üçün heç bir xərc yaratmayacaq. Onun sözlərinə görə, sənədin müddəti yoxdur və Vaşinqton Qrenlandiyanın təhlükəsizliyinin təmin olunması üçün “əbədi” olaraq zəruri addımları atmaq imkanına malik olacaq.
Tramp vurğulayıb ki, bundan sonra ABŞ-ın heç bir rəqibi Vaşinqlandan yazılı razılıq almadan Qrenlandiyada hərbi baza yarada, hərbi mövcudluq saxlaya və ya həssas investisiyalar həyata keçirə bilməyəcək. O, əldə olunan razılaşmanı ABŞ üçün “arzu edilən” və tarixi hadisə adlandırıb.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı






.jpg)








.jpg)
.jpg)








.jpg)




.jpg)



