ABŞ
Tramp Rusiyaya qarşı yeni sanksiya qanununu imzaladı
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan, mərhum senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bəyanat yerləşdirilib.
Qanun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və İranla bağlı mövcud məhdudiyyətlərin uzadılmasını nəzərdə tutur.
Qanunun əsas müddəalarından biri Rusiya neft və qazının iri alıcılarına qarşı əlavə rüsumların tətbiqinə imkan verir. Sənədə əsasən, Rusiyanın neft və qazını almaqda davam edən və müəyyən meyarlara cavab verən ölkələrin ABŞ-dan idxal etdiyi mallara 100%-dək rüsum tətbiq oluna bilər.
Qanun həmçinin Rusiya rəsmilərinə, maliyyə institutlarına və digər əlaqəli şəxslərə qarşı sanksiyaların genişləndirilməsini, Rusiyanın enerji sektoruna, o cümlədən sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanması" gəmirlərinə qarşı tədbirləri nəzərdə tutur.
Bundan əlavə, sənədlə ABŞ-ın İrana qarşı 1996-cı il Sanksiyalar Aktının qüvvədə olma müddəti daha beş il uzadılır.
Qeyd edək ki, qanun layihəsi mərhum senator Lindsey O. Qrehem tərəfindən irəli sürülüb və onun adını daşıyır. Sentyabrın 16-da ABŞ Nümayəndələr Palatası Senatın düzəlişlərini 262 səslə lehinə, 159 səslə əleyhinə olmaqla qəbul edib. Sənəd bundan əvvəl, avqustun 7-də Senatda 86-11 səs nisbəti ilə təsdiqlənmişdi.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























