ABŞ
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirildi
ABŞ-nin "F-16" qırıcısı prezident Donald Trampın olduğu Kemp-Deviddəki (Merilend ştatı) iqamətgah üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.
"NORAD-ın "F-16" qırıcıları 19 sentyabr 2026-cı il tarixində, səhər saat təxminən 07:50-də (Bakı vaxtı ilə 15:50-də) Merilend ştatının Termont şəhəri üzərində özəl aviasiya təyyarəsini ələ keçiriblər. NORAD qırıcıları əhalinin görə biləcəyi istilik tələləri tətbiq ediblər. Tələlərdən pilotun diqqətini cəlb etmək üçün istifadə olunub", - komandanlıqdan qeyd edilib.
İstilik tələlərinin buraxılması hadisəni sosial şəbəkələrdə müzakirə edən yerli sakinlərin diqqətini çəkib.
Tramp sentyabrın 18-də axşam saatlarında Kemp-Devidə gedib və həftəsonu orada qalmağı planlaşdırır.
-
Ekologiya22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin122:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu














.jpg)






















